Həyat yoldaşı küsüb getdiyi üçün özünü öldürmək istədi - Yenilənib

Gəncədə intihara cəhdin qarşısı alınıb.

APA-nın qərb bürosunun xəbərinə görə, FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla Gəncə sakini, 1990-cı il təvəllüdlü İsgəndərov İsgəndər Ayət oğlunu fikrindən daşındırmağa nail olub.

Məlumata görə, İ.İsgəndərovun intihara cəhd etməsinə səbəb onun həyat yoldaşının küsüb evdən getməsi olub.

***

Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir.

APA-nın FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.

AzNews.az