- Köhnə - Hadisə
- 13 Yanvar 2018 18:06
- 3 282
Evin çardağı çökdü - Dağıntılar altında qalan var

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı çöküb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, təmir zamanı baş verən hadisə zamanı bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.