- Köhnə - Hadisə
- 15 Yanvar 2018 10:43
- 3 695
Avtomobil yoldan çıxaraq piyadaları vurdu - Foto
Bakıda avtomobil piyadaları vurub.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 1988-ci il təvəllüdlü Həsənov Ramal idarə etdiyi "Mercedes" markalı, 44-CB-397 dövlət qeydiyyat nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Həsənov Azər Arif oğlunu və 21 yaşlı Yasinli Ayişə Tahir qızını vurub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir.
AzNews.az
