- Köhnə - Hadisə
- 18 Yanvar 2018 12:56
- 2 360
Erməni əsgər yaralandı
Ermənistan ordusunun əsgəri güllə yarası alıb.
AzNews.az APA-ya istinadən xəbər verir, Noemberyan səhiyyə mərkəzinə gətirilən şəxsin 1987-ci il təvəllüdlü Adibek Mikoyan olduğu müəyyən edilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan bildirib ki, güllə yarası almış A. Mikoyan müddətdən artıq xidmət edən hərbi qulluqçudur. A. Mikoyan artıq Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hospitalına köçürülüb. Onun vəziyyəti stabil kimi qiymətləndirilir.