- Köhnə - Hadisə
- 19 Yanvar 2018 10:40
- 3 145
32 yaşlı kişi özünü bıçaqladı

Xızı rayonunda yerli sakini özünü bıçaqlayaraq intihara cəhd edib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Yaşma" stansiyası ərazisində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Emil Mail oğlu Dadaşov yaşadığı ərazidə ürəyinə 1 bıçaq zərbəsi vurmaqla intihara cəhd edib.
Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxasnasına çatdırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.