- Köhnə - Hadisə
- 23 Yanvar 2018 09:34
- 4 600
Bakıda iki avtomobil yanıb
Bakı şəhəri, Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yaxınlıqda olan "QAZ" markalı yük avtomobilinin kuzasının taxta üzlüyü qismən yanıb.
FHN-in yaydığı xəbərə görə, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
AzNews.az