- Köhnə - Hadisə
- 25 Yanvar 2018 14:04
- 3 396
Zavodda partlayış - 4 nəfər öldü
Cənubi Koreyanın ən böyük polad istehsalçısı POSCO zavodunda mənşəyi bilinməyən toksik qazın sızması nəticəsində ən azı dörd nəfər ölüb.
AzNews.az xəbər verir ki, Renxal agentliyinin yerli polis nümayəndələrinə istinadən verdiyi məlumata görə, zavod Cənubi Koreyanın Pxoxan şəhərində yerləşir. İlkin məlumatlara görə, sobaların yerləşdiyi otaqda partlayış baş verib. Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölən işçilərin azot qazının buğundan zəhərləndiyini istisna etmirlər.
Hal-hazırda hadisənin səbəbləri araşdırılır.