- Köhnə - Hadisə
- 26 Yanvar 2018 17:59
- 5 220
30 yaşlı kişini sevgilisi döydü - Bakıda
Bakıda 30 yaşlı kişi sevgilisi tərəfindən döyülüb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Məmmədov polisə şikayətində bildirib.
O qeyd edib ki, yanvarın 24-də gecə saat 23:30 radələrində qeyri-rəsmi olaraq birgə yaşadığı Dilbər adlı qadın onu döyüb. N.Məmmədov əlavə edib ki, qadın həm də onu təhqir edib.
Araşdırma aparılır.
AzNews.az