- Köhnə - Hadisə
- 27 Yanvar 2018 15:10
- 3 537
Bakıda yanğın
Bakının Xətai rayonunda yanğın olub.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 8 ədəd sayğac və 15 p.m elektrik kabeli yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.