Mikroavtobusla yük maşını toqquşdu - Ölənlər var

Yakutiyada sərnişinlə dolu mikroavtobusla yük avtomobili toqquşub.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Yol Polisi İdarəsinin nümayəndəsi RİA Novosti-yə bildirib. hadisə nəticəsində 2 nəfər ölüb, 1-i uşaq olmaqla 7 nəfər ağır yaralanıb. İlkin məlumatlara görə, yük maşınının sürücüsü qarşıdakı zolaqa çıxıb və mikroavtobusa çırpılıb.