- Köhnə - Hadisə
- 29 Yanvar 2018 11:00
- 3 521
Ər-arvad dəm qazından zəhərləndi
İsmayıllı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mican kəndində qeydə alınıb. Kənd sakini, 1944-cü il təvəllüdlü Məmmədov Burxan Qurban oğlu və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Məmmədova Leyla Məcid qızı yaşadığı evdə qaz sobasının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib. Onlar təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onları xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.