Erməni əsgər hərbçi yoldaşını güllələdi - Döyüş mövqeyində + Yenilənib

Ermənistanın istintaq orqanları güllə yarası alaraq ölən əsgər Ovsep Qriqoryanın ölümü ilə bağlı açıqlama verib.

AzNews.az "news.am"-a istinadən xəbər verir ki, hadisə yanvarın 28-də saat 16.25-də döyüş mövqeyində baş verib. İlkin məlumatlara görə, Ovsep Qriqoryanı digər hərbi qulluqçu ölümcül atəş nəticəsində yaralayıb. Əsgərin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Əsgərin ölümündə günahlandırılan digər hərbi qulluqçu saxlanılıb.

***

11:20

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi müəmmalı şəkildə ölüb.

AzNews.az "news.am"-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

1998-ci ildə anadan olan Ovsep Qriqoryanın ölümünün dəqiq səbəbi hələlik bilinmir. İlkin ehtimala görə, o, silahla ehtiyatsız davranıb və ölümcül gülə yarasından hadisə yerində ölüb.

Hadisənin səbəbi araşdırılır.