- Köhnə - Hadisə
- 29 Yanvar 2018 18:46
- 3 619
Bakıda binada yanğına səbəb qaz partlayışı olmayıb - FHN
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış pilləkan qəfəsində məişət tullantıları 5 kv.m sahədə yanıb. Binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.