- Köhnə - Hadisə
- 17 Fevral 2018 15:00
- 3 153
Avtomobil ağaca çırpıldı - Sürücü xəsarət aldı
Bərdədə minik avtomobili ağaca çırpılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 90 FL 844 dövlət nömrə nişanlı BMW markalı avtomobilinin sürücüsü idarəetməni itirərək yolun kənarındakı ağaca çırpıb.
Nəticədə avtomobil yararsız hala düşüb, avtomobilin sürücüsü isə xəsarət alıb. Sürücü Bərdə xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az