Ağsuda ev yandı

Ağsuda fərdi yaşayış evi yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində baş verib.

Nəticədə ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.