- Köhnə - Hadisə
- 26 Fevral 2018 10:17
- 4 945
Sürücü sükan arxasında keçindi
Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Mustafayev Hakim Böyükağa oğlu ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Hadisədən sonra onun idarə etdiyi avtomobil maneəyə çırpılaraq dayanıb.
Meyit Cəlilabad morquna gətirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az