Almaniyada şahzadə otelin 21-ci mərtəbəsindən yıxılaraq ölüb

Alman şahzadə Karlos Patrik Qoqentsollern Frankfurtdakı "InterContinental" otelinin 21-ci mərtəbəsindən yıxılaraq ölüb.

AzNews.az "Bild"-ə istinadən xəbər verir ki, o, aldığı yaralardan hadisə yerində keçinib.

Hadisənin dəqiq səbəbləri hələ məlum deyil.

Həmçinin qeyd olunur ki, 2014-cü ildən dələduzluğa görə həbsdə olan şahzadə hadisədən 2 gün əvvəl müvəqqəti olaraq azadlığa buraxılmışdır.