Slovakiyada jurnalist öldürüldü

Slovakiyada Ringier Axel Springer adlı alman-isveçrə nəşriyyat evinin “törəmələrindən” birinin əməkdaşı Yan Kutsiyak öldürülüb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, Kutisyak və onun rəfiqəsi amansız hücuma məruz qalıb.

Cinayətin təfərrüatları sonadək aydınlaşdırılmasa da, “onun həmkarımızın məşğul olduğu araşdırma ilə bağlı olduğu barədə şübhələr yaranır”, - deyə, Axel Springer nəşriyyatından DW-yə bildiriblər.

Kutsiyak araşdırma jurnalistikası ilə məşğul olub və 2015-ci ildən Ringier Axel Springer-in Slovakiya bölməsinə məxsus olan AKtuality.sk xəbər portalında çalışıb.

O, fevralın 9-da dərc olunmuş sonuncu materialında bahalı mənzillər kompleksi ilə bağlı vergi maxinasiyalarından yazıb.

Slovakiyanın Dennik N informasiya portalının məlumatına görə, 27 yaşlı jurnalist ötən həftənin sonunda, Bratislavadan 65 km şərqdə yerləşən evində güllələnib.