Gəncədə 3 avtomobil toqquşdu, 2 yaralı var

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var.

AzNews.az APA-ya istinadən xəbər verir ki, zəncirvarı qəza hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

“Toyota-Prado”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106” olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.