- Köhnə - Hadisə
- 27 Fevral 2018 17:44
- 3 942
64 yaşlı kişi bacanağı tərəfindən bıçaqlandı - Yenilənib
Astara sakini Həbib Məmmədovu bıçaqlayan şəxsin adı məlum olub.
APA-nın cənub bürosunun məlumatına görə, H. Məmmədovu bıçaqlayan şəxs bacanağı Emin Əkbərovdur.
H. Məmmədovun yaxınlarının sözlərinə görə, hadisə E. Əkbərovun yoldaşı ilə boşanmaq üçün keçirilən məhkəmə prosesindən sonra yaranan münaqişə zamanı baş verib.
E. Əkbərov polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
***
17:03
Astarada bıçaqlanma hadisəsi olub.
APA-nın cənub bürosunun məlumatına görə, Astara şəhəri ərazisində 1954-cü il təvəllüdlü Həbib Məmmədov hələlik məlum olmayan səbəbdən yaranan münaqişə zamanı öz bacanağı tərəfindən bıçaqlanıb. Yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. H. Məmmədovun vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək dərhal əməliyyata götürülüb. Onu vuran şəxs isə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az