Bakıda qadını maşın vuraraq öldürdü

Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində keçinib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.