Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtomobillər toqquşdu - Xəsarət alanlar var

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Daş Salahlı kəndində iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə xəsarət alan 3 nəfər Qazax Diaqnostika mərkəzinə çatdırılıb. Onlardan iki nəfərinə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Bir nəfər, 1980-ci il təvəllüdlü Vəliyev Ceyhun Mikayıl oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az