Bakıda 9 nəfər dəm qazından zəhərləndi

Bakıda dünən - Beynəlxalq qadınlar Günü 9 nəfər dəm qazından zəhərlənib.


Bunu SalamNews-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib.

Onun sözlərinə görə, stansiyaya 9 nəfər bu faktla bağlı müraciət edib və zəhərəlmə diaqnozu ilə, xəstəxanaya yerləşdirilib. Bunlar əsasən
Biləcəri, Sahil, Binəqədi və digər rayonlardan olub. Dəm qazından zəhərlənənlər əsasən 17-30 yaşlı insanlardır. Bir nəfər 62 yaşlı şəxsdir. Qazdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər arasında ölüm faktı qeydə alınmayıb.

O.Şahmalıyev deyib ki, ümumilikdə dünən Bakıda təcili yardıma çağırışların sayı əvvəlki günlərə eynilik təşkil edib. Çağırışların sayı dünən 1600 nəfərdən bir qədər çox olub. Müraciətlər əsasən, uşaqlarla bağlı, qazdan zəhərlənmə faktı, təzyiq, ürək-damar və digər müxtəlif zədə almalarla əlaqədar olub.