Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Neftçalada yük maşını toqquşdu

Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Shacman" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri - 58 yaşlı Hərarət Əhəd oğlu Əsgərov, Elfura Hərarət qızı Qədirova, 4 yaşlı Mirismayıl Elşən oğlu Talıbov və 47 yaşlı İsgəndər Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.