- Köhnə - Hadisə
- 9 Mart 2013 21:31
- 1 768
3 maşın toqquşdu: 4 yaralı-FOTO

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Həsən Əliyev küçəsində "Prado", "Mercedes" və "BMW X5" markalı avtomobillərin toqquşması nəticəsində həmin maşınlarda olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, Nərimanov Rayon Polis İdarəsinin və Təcili Tibbi Yardımın əməkdaşları gəliblər. Yaralılar xəstəxanaya aparılıb.
Hazırda ərazidə araşdırma aparılır.