- Köhnə - Hadisə
- 10 Mart 2018 22:26
- 3 481
Bakıda beşotaqlı evdə yanğın
Bakının Nərimanov rayonunda ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli, beşotaqlı evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yüksək temperaturdan dörd otağın lambirdən ibarət tavanı 86 kvadratmetr sahədə əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.