- Köhnə - Hadisə
- 10 Mart 2018 23:48
- 3 974
Qaxa dolu yağıb - Foto
Bu gün axşam saatlarında Qax rayonuna dolu yağıb.
"Report"un məlumatına görə, şəhər mərkəzinə yağan dolu qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunub.
Sakinlərin sözlərinə görə, dolu təqribən noxud iriliyində olub və 3 dəqiqə yağıb.
Təsərrüfata dəyən ziyan barədə məlumat yoxdur.
AzNews.az
