- Köhnə - Hadisə
- 11 Mart 2018 11:51
- 5 857
Qazaxda 2 balıqçı göldə batdı
Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə 2 balıqçı batıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, batan balıqçıların kimliyi məlum olub.
Onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.
İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Halla Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.