Berlində DITIB təşkilatı tərəfindən tikilən türk "Qoca Sinan" məscidi terrorçular tərəfindən yandırılıb. Berlində DITIB təşkilatı tərəfindən tikilən türk "Qoca Sinan" məscidi terrorçular tərəfindən yandırılıb.

Berlində türk məscidi yandırıldı

Berlində DITIB təşkilatı tərəfindən tikilən türk "Qoca Sinan" məscidi terrorçular tərəfindən yandırılıb.

AzNews.az Avropa mətbuatına istinadən xəbər verir ki, yanğının PKK/PYD terrorçuları tərəfindən yandırıldığı bildirlir. Terrorun Türkiyənin Suriyada apardığı hərbi əməliyyatılara cavab olaraq təhdid məqsədilə törədildiyi qeyd olunur.

"Şahidlər dedilər ki, onlar (terroristlər) üzü maskalı olan 3 nəfərdən ibarət idilər. Məscidi yandırdıqdan sonra dərhal hadisə yerindən qaçaraq uzaqlaşdılar." deyə məscid assosiyasiyasının rəhbəri Bayram Türk bildirib.

Ümumiyyətlə, PKK Almaniya hökuməti tərəfindən 1993-cü ildən bəri onların fəaliyyətinə qadağa qoyulub. Lakin kürd immiqrantların arasında onların hələ də 14.000 davamçısı var.

Qeyd edək ki, bu ilin yanvar ayının 30-dan etibarən Türk silahlı ordusu Afrin-də "Zeytun budağı" əməliyyatını həyata keçirir.