- Köhnə - Hadisə
- 12 Mart 2018 23:10
- 6 012
Bakının mərkəzində minik maşını yandı
Bakının Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində "AzSamand" markalı markalı minik avtomobili yanıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, yanğın taksi fəaliyyəti ilə məşğul olan "10-TD-109" maşının mühərrik hissəsində qəfil alışma nəticəsində baş verib.
Əraziyə FHN-in Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Alovun avtomobilin benzin çəni hissəsinə keçməsinin qarşısı alınıb. Avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.
Hadisə nəticəsində yolda sıxlıq yaranıb.