Azərbaycanda musiqiçi intihar etdi - Yenilənib

Bakıda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Yasamal rayon sakini Həsənov Pircan Nurməmməd oğlu sirkə turşusu içərək özünü zəhərləyib. Xəstəxanaya yerləşdirilən 61 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

AzNews.az criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində sirkə içərək özünü zəhərləyən və xəstəxanada vəfat edən 44 yaşlı Pircan Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti, xalq artisti Gülyanaq Məmmədovanın musiqi qrupunun sintizator ifaçısı olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, P.Həsənovun barəsində polisdə bir müddət əvvəl etdiyi davaya görə araşdırma aparılırmış.

14:27

***

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu axşam.az-a bildirib ki, P.Həsənov özünü zəhərləyib:

“Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb”.