Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sərxoş sürücünün kimliyi məlum olub. Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sərxoş sürücünün kimliyi məlum olub.

Şəmkirdəki qəzanı törədənin kimliyi məlum oldu - Yenilənib

Şəmkir rayonunda avtomobilini dərəyə aşıran sərxoş sürücünün kimliyi məlum olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Şəmkir-Gədəbəy yolunda avtomobilini aşıran şəxs, Şəmkir rayon Yenigün kənd sakini, 1990-ci il təvəllüdlü Amil Vahid oğlu Aslanovdur.

Avtomobilin sürücüsü hadisə yerindən keçən şəxslər tərəfindən avtomobildən çıxarılaraq şəxsi maşınları ilə gətirilərək hadisə yerinə çağrılan 113 həkim biriqadasına təhvil verilib. Daha sonra yaralı həmin biriqada tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Müxtəlif xəsarətlər alan A.Aslanova ilkin yardım göstərilib və daha sonra evə buraxılıb. İlkin məlumatlara görə, sürücü sərxoş halda olaraq avtomobilini idarə edib. Aşan avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

19:05

***

AzNews.az APA-a istinadən xəbər verir ki, Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.