Gəncə şəhərində 49 yaşlı kişi intihara cəhd göstərib. Gəncə şəhərində 49 yaşlı kişi intihara cəhd göstərib.

49 yaşlı kişi özünü öldürmək istədi - Ailəsi dağılandan sonra...

Gəncə şəhərində 49 yaşlı kişi intihara cəhd göstərib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Rövşən Valeh oğlu Məmmədov yaşadığı qardaşı evində sol qol biləyini kəsərək intihara cəhd edib. Yaralı qardaşı tərəfindən xəstəxanaya aparılıb və ona cərrahiyyə yardımı göstərilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, R.Məmmədov ailəsi dağıldığı üçün qardaşı və anası ilə birgə yaşayırmış. Anası rəhmətə gedəndən sonra isə daha da depressiyaya düşüb və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az