Paytaxtda xarici ölkə vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs və ya şəxslərin saxlanılması istiqəmətində əməliyyat axtarış tədbirləri davam edir. Hələlik, saxlanılan şəxs yoxdur Paytaxtda xarici ölkə vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs və ya şəxslərin saxlanılması istiqəmətində əməliyyat axtarış tədbirləri davam edir. Hələlik, saxlanılan şəxs yoxdur

Amansızlıqla törədilən qətl- VİDEO

Paytaxtda xarici ölkə vətəndaşını xüsusi amansızlıqla qətlə yetirən şəxs və ya şəxslərin saxlanılması istiqəmətində əməliyyat axtarış tədbirləri davam edir. Hələlik, saxlanılan şəxs yoxdur




Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsindəki yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. Həmin ünvanda Hindistan vətəndaşı, 1971-ci il təvəllüdlü Binnud Kumar Çadrinin üzərində müxtəlif dərəcəli bədən xəsarətlər olan meyidi aşkarlanıb.

Belə ki, Binnud Kumarın azərbaycanlı həyat yoldaşı iki gün əvvəl həmin ünvana gələrək qapını döyüb, lakin açan olmayıb. Yenidən həmin ünvana gələn qadın qapının bağlı olmasından və əri ilə əlaqə saxlaya bilməməsindən narahat olaraq, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edib.

Bundan sonra həmin ünvana gələn FHN-in əməkdaşları qapını qıraraq içəri daxil olub. Bu zaman çarpayının altında Hindistan vətəndaşının meyidi tapılıb. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində onun əl-qolunun bağlanaraq, döyülərək öldürülməsi və meyidin elektrik cərəyanına verilməsi müəyyən olunub.




AzNews.az