Mingəçevirdə 2 yaşlı körpə yandı

Mingəçevirdə iki yaşlı körpə yanıq xəsarətləri alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsi 33, mənzil 5-də baş verib.

Belə ki, həmin mənzildə yaşayan 2017-ci il təvəllüdlü Quliyeva Cəmilə Elşən qızı ehtiyatsızlıq nəticəsində isti çayı üzərinə aşırıb. Nəticədə körpə boyun və sinə nayihəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb.