- Köhnə - Hadisə
- 27 Mart 2018 08:59
- 5 236
Bakıda gənc oğlan özünü öldürmək istədi
Bakıda gənc oğlan intihara cəhd göstərib.
"Report" xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.
1991-ci il təvəllüdlü Məmmədov Cahid Şahin oğlu bıçaqla özünə xəsarət yetirib. Yaralı aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Onun intihara cəhd etməsinin səbəbləri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.
AzNews.az