- Köhnə - Hadisə
- 27 Mart 2018 12:38
- 3 464
Bayramda dəm qazı 12 nəfəri zəhərləyib - Rəsmi
Novruz bayramı günlərində Səhiyyə Nazirliyi 1 saylı Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə 22 nəfər müraciət edib.
AzNews.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, dəm qazından zəhərlənmə diaqnozu ilə bağlı şöbəyə 12 nəfər müraciət edib:
“7 nəfər xəstəxanaya yerləşdirilib. Heç bir ölüm faktı qeydə alınmayıb. Bundan başqa, 4 nəfər dərman, 6 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib. Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.
Azər Maqsudov qeyd edib ki, 2 nəfər sirkə turşusundan zəhərlənib: “Vəziyyətləri orta ağır olub. Bir nəfər evə buraxılıb, digəri isə sabah evə buraxılacaq”.