- Köhnə - Hadisə
- 27 Mart 2018 19:06
- 4 585
Bakıda mənzildə yanğın oldu - Sakinlər təxliyə edildi
Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.