Bakıda yanğın baş verib

Bakıda 5 otaqlı evdə yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın şəhərin Nizami rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanmış və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.