Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib

Bakıda tələbə bıçaqlandı

Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib




Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi küçəsi 30 saylı binanın həyətindən Cəlilabad rayon sakini 1991-ci il təvəllüdlü Seyfiyev Elşən Şəkir oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Məlumata görə, bıçaqlanan E.Seyfiyev Bədən Tərbiyəsi və idman Akademiyasının 1-ci kurs tələbəsidir. O Bakıda kirayə yaşayır.

Hadisənin kim və ya kimlər tərəfindən, hansı səbədən törədildiyi hələlik məlum deyil. faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.