Goranboy sakini döyüldü - Səbəb: 40 manatlıq Borc

Goranboy rayon sakin borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun "Stansiya Goran" ərazisində baş verib.

Yaxınlarının dediyinə görə, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu şəxslə görüşüb. Həmin şəxs ondan 40 manat borcunu tələb edib. O, borcunu qaytarsa da, H.Əliyevlə qarşı tərəf arasında mübahisə yaranıb və nəticədə hələ ki, adı açıqlanmayan şəxs öz tanışı ilə birgə H.Əliyevi döyüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.