N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.

Lənkəranda 7 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

N.Cəfərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.

AzNews.az Baş prokurorluğa istinadən xəbər verir ki, fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, martın 31-də saat 17:30 radələrində Lənkəranda baş vermiş qəza nəticəsində rayonun Ləj kəndinin bir ailənin üzvü olan 7 sakini həlak olub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.