- Köhnə - Hadisə
- 8 Aprel 2018 14:07
- 5 815
Gəncədə gölə düşən uşaq son anda xilas edildi
Gəncə şəhərində göldə batan uşaq xilas edilə bilib.
AzNews.az APA-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.
Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.
Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.