- Köhnə - Hadisə
- 8 Aprel 2018 15:50
- 4 973
Füzulidə raket və top mərmisi tapıldı - Fotolar
Füzuli rayonu ərazisində axtarış zamanı raket və top mərmisi tapılıb.
AzNews.az bu barədə ANAMA-a istinadən xəbər verir.
Bu gün səhər saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7M raketi və 1 ədəd 57 mm-lik top mərmisi (OR281-U)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

