- Köhnə - Hadisə
- 9 Aprel 2018 09:31
- 4 568
27 yaşlı gənc bıçaqlandı
Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.
O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.
Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az