- Köhnə - Hadisə
- 10 Aprel 2018 16:56
- 5 901
23 yaşlı qadın intihar etdi - Nişanlı və yeni ailə qurmuş 2 bacı...(Yenilənib)
Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.
Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AzNews.az
***
16:45
Hacıqabul sakini özünü asaraq intihar edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir.
Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.
AzNews.az