- Köhnə - Hadisə
- 10 Aprel 2018 18:48
- 4 198
Sumqayıt sakini intihara cəhd etdi
Sumqayıt şəhərində 45 yaşlı kişi intihara cəhd edib.
AzNews.az Report-a stinadən xəbər verir ki, hadisə Sumqayıtın dəmir yolu stansiyası ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Taleh Zeynal oğlu Əliyev bədəninin müxtəlif nahiyələrinə kəsici alətlə ağır xəsarətlər yetirməklə intihara cəhd edib. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.