- Köhnə - Hadisə
- 10 Aprel 2018 20:12
- 4 201
Ağcabədi rayonunda yanğın
Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.
AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib.
Ümumi sahəsi 56 m2 olan tövlənin qamışdan ibarət çardağı 12 m2 sahədə və çardağına yığılmış 2 ton ot bağlamasının 0,2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.