- Köhnə - Hadisə
- 12 Aprel 2018 22:14
- 8 566
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın söndürüldü - Video (Yenilənib)
Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
AzNews.az xəbər verir ki, Fövqəladə Hallar NazirliyiBakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
AzNews.az Trend-ə istinadən xəbər verir ki, yanğın zamanı ölən və xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.
***
FHN binadakı yanğınla bağlı məlumat yayıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda tikilməkdə olan binada yanğın başlayıb.
Yanğın binanın yuxarı mərtəbəsində başlayıb.
***
Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə xəbər yayılıb.
Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir.
Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub. Yanğının söndürülməsi üçün iş görülür.
***
Bakı şəhərində yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.