- Köhnə - Hadisə
- 13 Aprel 2018 09:00
- 4 339
Bulvarda bir nəfər dənizə düşdü
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.